Bakı-Böyük Kəsik istiqamətində daha 7 km dəmir yolu yenilənir - FOTO

Bakı-Böyük Kəsik istiqamətində daha 7 km dəmir yolu yenilənir - <font color=red>FOTO</font>
# 20 sentyabr 2012 07:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam etdirilir.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmdovun «APA-Economics»ə verdiyi məlumata görə, sentyabrın 20-27-də növbəti yol qoyuluşu həyata keçiriləcək və 7 km yol əsaslı təmir olunacaq.

Bu müddət ərzində Tovuz-Qovlar mənzilində 4,2 km, sentyabrın 25-27-də isə Qovlar-Zəyəm mənzilində 2,8 km olmaqla, cəmi 7 km yolun əsaslı təmir edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə ötən ilin iyun ayında Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 117 km yol əsaslı təmir olunub. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini saatda 140 km-ə artırmaq mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR