ABŞ-da Rusiyaya hərbi texnologiyanı qeyri-qanuni ixrac etməkdə günahlandırılan 11 nəfərə ittiham irəli sürülüb

ABŞ-da Rusiyaya hərbi texnologiyanı qeyri-qanuni ixrac etməkdə günahlandırılan 11 nəfərə ittiham irəli sürülüb
# 03 oktyabr 2012 18:23 (UTC +04:00)
Bakı-APA. Nyu-York prokurorluğu 11 nəfərə hərbi texnologiyanı Rusiyaya qeyri-qanuni ixrac etməsi ilə əlaqədar ittiham irəli sürüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, prokuror Loretta Linç bildirib ki, bu insanlar ABŞ hökumətinin ciddi nəzarəti altında olan və hərbi sistemlərdə istifadə oluna bilən mikro elektron detalları Rusiyaya göndəriblər. Əsas ittiham olunan şəxs Aleksandr Fişenko “Arc Electronics” şirkətinin təsisçisidir. Hyuston şəhərində yerləşən bu şirkət vasitəsi ilə mikro sxemlər qeyri qanuni ixrac olunub. Bu işlə bağlı məhkəmə dinləmələri sabah keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR