Beynəlxalq Elektrorabitə İttifaqı: Azərbaycan əhalinin mobil rabitə və internet xidmətləri ilə əhatə olunma göstəricisinə görə ilk onluqdadır

Beynəlxalq Elektrorabitə İttifaqı: Azərbaycan əhalinin mobil rabitə və internet xidmətləri ilə əhatə olunma göstəricisinə görə ilk onluqdadır
# 12 oktyabr 2012 09:00 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA-Economics. Azərbaycan 2010-2011-ci illərdə əhalinin mobil rabitə və internet xidmətləri ilə əhatə olunma göstəricisinin artımına görə ilk onluqda qərarlaşıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Beynəlxalq Elektrorabitə İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi - 2012” adlı hesabatında bildirilir.

Azərbaycan telekommunikasiya xidmətlərinin inkişafı üzrə 5 pillə irəliləyərək, 73-cü yerdən 68-ci yerə yüksəlib. Reytinqin ilk üçlüyünü Koreya, İsveç və Danimarka tamamlayır.

Hazırda dünyada mobil rabitə abunəçilərinin sayı 6 mlrd. nəfərə çatıb, yəni hər 100 nəfərə 86 telefon düşür. Son bir ildə mobil rabitə 11% yayılıb.

Eyni zamanda genişzolaqlı yayım istifadəçilərinin də sayı artır. Dünya üzrə internetdən istifadə istifadə edənlərin sayı son bir ildə 11% artaraq, 2011-ci ilin sonunda 2,3 mlrd. nəfərə çatıb. Başqa sözlə, planet sakinlərinin 1/3 hissəsi internetdən istifadə edir.

Hesabat müəllifləri hesab edirlər ki, İKT xidmətlərinin ən ucuz qiymətləri MDB və Avropa ölkələrindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR