AZAL Bakı-Ankara aviareysinin sayını artırır
24 mart 2012 07:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Ankara aviareyslərinin sayını artırır. AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, martın 25-dən etibarən Bakı-Ankara-Bakı aviareyslərinin sayı 4-ə çatdırılacaq. Bu günədək marşrut üzrə uçuşlar hər həftənin I, IV və VI günləri yerinə yetirilirdisə, martın 25-dən Bakıdan Ankaraya və əks istiqamətə uçuşlar həftənin III günləri də həyata keçiriləcək. Beləliklə, Bakı-Ankara-Bakı aviareysi üzrə uçuşlar həftədə 3 dəfə deyil, 4 dəfə yerinə yetiriləcək. Bakıdan Ankara istiqamətinə təyyarə qeyd olunan günlər saat 10:30-da havaya qalxır.
Qeyd edək ki, Bakı-Ankara-Bakı aviareysi «Airbus A-319» tipli təyyarə ilə yerinə yetirilir. Hazırda hər iki istiqamətə bir aviabiletin minimal qiyməti 340 manat, bir istiqamətə isə 225 manat təşkil edir.
Qeyd edək ki, Bakı-Ankara-Bakı aviareysi «Airbus A-319» tipli təyyarə ilə yerinə yetirilir. Hazırda hər iki istiqamətə bir aviabiletin minimal qiyməti 340 manat, bir istiqamətə isə 225 manat təşkil edir.
İnfrastruktur
Sabah Bakı metropoliteninin iş rejimi dəyişəcək
15:10
27 may 2024
Bakı–Gəncə şəhərlərarası avtobusları yenilənib
14:57
27 may 2024
Azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27% artırılacaq
22:43
24 may 2024
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
17:13
24 may 2024