Bakıda sərbəst toplaşma azadlığının monitorinqi ilə bağlı təlim keçiriləcək
15 mart 2012 09:19 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Martın 23-26-da Bakıda sərbəst toplaşma azadlığının monitorinqi ilə bağlı təlim keçiriləcək. APA-nın xəbərinə görə, təlim ATƏT-in Bakı ofisi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən vətəndaş cəmiyyətinin təmsilçiləri üçün təşkil olunub. Tədbir çərçivəsində iştirakçılar insan haqları, sərbəst toplaşma azadlığı ilə bağlı ATƏT qarşısında götürülmüş öhdəliklər, ATƏT DTİHB və Venesiya Komissiyasının sərbəst toplaşma azadlığına dair prinsipləri ilə tanış olacaq, bu sahədə milli qanunvericilik və prosedurları öyrənəcək, kütləvi tədbirlərin monitorinqi üzrə bacarıqlara yiyələnəcəklər.
Daxili siyasət
Parlamentin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
15:14
21 may 2024
Siyavuş Novruzov: Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər, mitinq kimi təqdim edirlər
12:19
21 may 2024
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
12:16
21 may 2024
Milli Məclisin iclası başlayıb
11:01
21 may 2024