Nepalda avtobus dərəyə aşıb: 2 nəfər ölüb, 40 nəfər yaralanıb

Nepalda avtobus dərəyə aşıb: 2 nəfər ölüb, 40 nəfər yaralanıb
# 17 noyabr 2013 04:21 (UTC +04:00)

Bakı-APA. Nepalın şərqində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində 2 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, avtobusda Nepalın Birləşmiş Kommunist Partiyasının üzvləri olub.

Yerli hüquq-mühafizə orqanları nümayəndələrinin bildirdiyinə görə, yaralı sərnişinlərin əksəriyyətinin vəziyyəti ağırdır.

Avtobusun sürücüsü hadisə yerindən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR