Bakıda vahid ödəniş kartlarının tətbiq edildiyi avtobus marşrutlarının sayı 40-a çatdırılıb

Bakıda vahid ödəniş kartlarının tətbiq edildiyi avtobus marşrutlarının sayı 40-a çatdırılıb
# 29 yanvar 2014 14:12 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı şəhərində artıq 40 marşrut xətti üzrə hərəkət edən sərnişin avtobuslarında nəqliyyat kartlarının tətbiqi reallaşdırılıb. Bu isə 743 avtobusda vahid ödəniş kartının tətbiqi deməkdir.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu, 1, 5, 6, 9, 10, 11, 13, 14, 15, 17, 18, 20, 24, 25, 26, 32, 37, 38, 40, 46, 49, 50, 51, 52, 53, 59, 61, 65, 67, 69, 79, 81, 82, 83, 85, 86, 88, 90, 95 və 96 saylı marşrutlardır.

Qeyd edək ki, avtobuslarda ödəniş kartlarının oxunması üçün validatorların quraşdırılması prosesi davam etdirilir və yaxın vaxtlarda kart sisteminin tətbiq edildiyi marşrutların sayı artırılacaq.

İctimai nəqliyyatda vahid ödəniş kartları Bakıda fəaliyyət göstərən 80 «Qasid» köşkündə satılır. Kartın balansını həmin köşklərdə, həm də xüsusi loqotipli satış məntəqələrində artırmaq mümkündür.

Kartlar «MasterCard» ödəniş sisteminin bazasında «Bank of Azerbaijan» ASC tərəfindən buraxılıb. Artıq 450 min kart hazırdır, daha 1 mln. kart sifariş olunub. Kartların satış qiyməti 3 manat təşkil edir. Bu məbləğin 2 manatını sığorta depoziti təşkil edir, 1 manatı isə balansa yüklənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR