AXCP mətbuat xidmətinin rəhbərinə rəsmi xəbərdarlıq edilib

AXCP mətbuat xidmətinin rəhbərinə rəsmi xəbərdarlıq edilib
# 04 dekabr 2013 15:52 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bu gün Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb. Bu barədə APA-ya N. Ədilov özü məlumat verib. O bildirib ki, idarədə Bakı şəhər prokuroru Əziz Seyidov və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov tərəfindən qəbul olunub.

N. Ədilova sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində dövlətin iqtisadi inkişafı ilə səsləşməyən, onları gözdən salan yazılar yazdığı deyilib və belə hallar davam edərsə, cəzalandırılacağı haqda yazılı xəbərdarlıq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR