Azərbaycan prezidenti Pakistan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan prezidenti Pakistan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 10 dekabr 2013 11:32 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev dekabrın 10-da Pakistan İslam Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

APA-nın məlumatına görə, Azərbaycanla Pakistanın qardaş və dost ölkələr olduğunu vurğulayan dövlət başçısı siyasi əlaqələrin yüksək səviyyədə davam etdiyini deyib.

Ölkələrin bir-birini bütün beynəlxalq təşkilatlarda dəstəkləməsinin önəmini qeyd edən prezident əməkdaşlığın gələcək illərdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Dövlət başçısı iki ölkə arasında münasibətlərin regional əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını deyib. Səfirə Azərbaycandakı diplomatik fəaliyyətinə görə təşəkkürünü bildirən prezident ona gələcək işlərində də uğurlar arzulayıb.

Öz növbəsində, səfir İ. Məhsud ölkələr arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, əlaqələrin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR