Ramil Usubov Bərdədə vətəndaşları qəbul edəcək

Ramil Usubov Bərdədə vətəndaşları qəbul edəcək
# 23 may 2014 14:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir, general-polkovnik Ramil Usubov may ayının 31-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı rayonlarının sakinlərini qəbul edəcək.

Eyni zamanda, qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər də qəbulda iştirak edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR