TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının 14-cü konfransında iştirak edəcək

 TQDK sədri Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının 14-cü konfransında iştirak edəcək
# 06 noyabr 2013 10:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosiasiyasının (Association for Educational Assessment-Europe) 14-cü konfransında iştirak edəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, noyabrın 7-dən 9-dək Təhsildə Qiymətləndirmə üzrə Avropa Assosasiyasının (Association for Educational Assessment-Europe) 14-cü konfransı keçiriləcək. “Beynəlxalq araşdırmalar, digər təcrübələrdən bəhrələnmə siyasəti və milli qiymətləndirmə” mövzusunda keçiriləcək konfrans Fransanın paytaxtı Paris şəhərində təşkil olunacaq.

Konfransda TQDK sədri Məleykə Abbaszadə və Komissiyanın aparat rəhbəri Nərminə Bayramova iştirak edəcək. Konfransda biliyin qiymətləndirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, milli qiymətləndirmənin təbliği və bu sahədə araşdırmalar, həmçinin ayrı-ayrı ölkələrin təhsil sistemində qiymətləndirmə ilə bağlı mexanizmlər, qayda və standartlar, habelə, müxtəlif qiymətləndirmə sistemlərinin müqayisəli təhlili, müzakirəsi və uyğunlaşdırılması istiqamətində fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR