Bakının bəzi ərazilərində işıq problemi yaranıb

Bakının bəzi ərazilərində işıq problemi yaranıb
# 31 yanvar 2014 09:32 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın bölgələrində, həmçinin Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın bəzi rayonlarına elektrik enerjisinin verilməsində problemlər yaranıb. Bunu «APA-Economics»ə açıqlamasında «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, hazırda elektrik enerjisinin verilməsində problem sadəcə Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində müşahidə edilir.

«Digər ərazilərdə problem həll olunub. Binəqədi rayonunun Sulutəpə qəsəbəsinə isə yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq. Hazırda bu istiqamətdə iş aparılır», - deyə T.Mustafayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR