Azərbaycanda xarici təşkilatların nümayəndəliklərinin fəaliyyətlərinə icazə verilməsi üçün xüsusi məlumatlar tələb olunacaq - EKSKLÜZİV

Azərbaycanda xarici təşkilatların nümayəndəliklərinin fəaliyyətlərinə icazə verilməsi üçün xüsusi məlumatlar tələb olunacaq - <span style="color: red;">EKSKLÜZİV
# 05 dekabr 2013 11:33 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla əlaqədar “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 14-cü maddəsinə əlavələr təklif edilir.

Əlavələrə əsasən qeydiyyata alınacaq və qeydiyyatda olan xarici ölkələrin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və nümayəndəliklərindən onlar haqqında dövlət reyestrinə daxil edilən məlumatlar sırasına digər xüsusi məlumatlar da tələb olunacaq. Bunlar təşkilatın təsisçiləri, filial və ya nümayəndəliyin rəhbərinin, onun müavininin səlahiyyət müddəti, adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri barədə məlumatlardır. Bundan başqa, onlardan həmin qurumun icra orqanlarının tərkibi və səlahiyyət müddəti, ləğv edilmiş qurumun əmlakının müvafiq məqsədlərə yönəldilməsi, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər barədə məlumatlar da tələb olunacaq.

Layihə bu sessiya ərzində Milli Məclisdə müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR