Avstraliyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin toplantısı keçirilib - FOTO

Avstraliyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin toplantısı keçirilib - <span style="color: red;">FOTO
# 09 dekabr 2013 22:58 (UTC +04:00)

Bakı-APA. Avstraliyanın Brisban şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin IV toplantısı keçirilib. Mərkəzdən APA-ya verilən məlumata görə, toplantıda həmsədrlər - Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberga, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, habelə Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva, səfir Valter Füst və Gürcüstan Universitetinin Qəyyumlar Şurasının sədri Giuli Alasaniya iştirak edib.

İclasda mərkəzin təsis olunduğu tarixdən reallaşdırılan layihələr, mərkəzin institutsionallaşması istiqamətində görülən işlər və administrativ fəaliyyəti əhatə edən hesabat, 2014-cü il Aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan II Shared Societies Forumuna hazırlıq və mərkəz tərəfindən reallaşması vacib olan elmi-akademik layihələr müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR