Ramiz Həsənov: «Azərbaycanda «Euro-4» standartının tətbiqinə ictimai maraq böyükdür» - FOTO

Ramiz Həsənov: «Azərbaycanda «Euro-4» standartının tətbiqinə ictimai maraq böyükdür» - <span style="color: red;">FOTO
# 24 yanvar 2014 13:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda yaxın vaxtlarda «Euro-4» ekoloji standartının gözlənilən tətbiqi ilə bağlı ictimai maraq çox böyükdür. «APA-Economics»in məlumatına görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.


Onun sözlərinə görə, «Euro» standartı atmosferə atılan tullantıların normalarının miqdarını əks etdirir: «Bu gün Avropa ölkələrində «Euro-5» standartı tətbiq olunur. Ümumilikdə isə 6 standart var ki, onun da ən sərti «Euro-6»-dır».


R.Həsənov Azərbaycanın birdən birə «Euro-2»-dən «Euro-4» ekoloji standartına keçməsinə də aydınlıq gətirib. Komitə sədri bildirib ki, qurum «Euro-3» standartına keçməyi planlaşdırırdı. «2012-ci ildə ölkəyə «Euro-3» standartına cavab verən 64 min avtomobil gətirilib ki, bunun da 27 mini işlənmiş maşınlar olub. Ötən il isə 100 mindən artıq maşın idxal olunub və bunun 50 min ədədi işlənilmiş avtomobillərdir. Bunu nəzərə alaraq, biz bir başa «Euro-4» ekoloji standarta keçməyi qərar verdik», - deyə R.Həsənov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR