Özünü Mərkəzi Afrika Respublikasının prezidenti elan etmiş şəxs bu postdan imtina edib

Özünü Mərkəzi Afrika Respublikasının prezidenti elan etmiş şəxs bu postdan imtina edib
# 10 yanvar 2014 12:55 (UTC +04:00)

Bakı – APA. Özünü Mərkəzi Afrika Respublikasının (MAR) prezidenti elan etmiş Mişel Cotodiya bu postdan imtina edib.

APA-nın məlumatına görə, bu barədə “Röyters” agentliyi xəbər yayıb.

MAR-ın müsəlman azlığının nümayəndəsi olan M. Cotodiya ölkə hakimiyyəti ilə siyasi müxalifət təmsilçiləri arasında barışıq sazişi imzalanmasına rəğmən, özünü ötən ilin martında prezident elan edib.

Həmin vaxt əsasən müsəlmanlardan ibarət “Seleka” qruplaşmasının döyüşçüləri ölkə paytaxtını ələ keçirib. Nəticədə devrilmiş prezident Fransua Bozize MAR-dan qaçmağa məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR