Elmar Məmmədyarov Avropa Şurasının baş katibi ilə görüşüb

Elmar Məmmədyarov Avropa Şurasının baş katibi ilə görüşüb
# 27 sentyabr 2013 13:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xaric işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Torbörn Yaqland ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycanın 2014-cü ildə Avropa Şurasında sədrliyi ilə əlaqədar məsələlər və təşkilatla Azərbaycan arasında fəaliyyət planı müzakirə edilib.

E. Məmmədyarov Azərbaycanın təşkilat çərçivəsində fəaliyyəti və təşkilatda gələcək sədrliyi dövründə prioritetləri barədə qarşı tərəfə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR