Müsavatın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yığıncağı keçiriləcək

Müsavatın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yığıncağı keçiriləcək
# 11 noyabr 2013 14:58 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.

Divanda İsmayıllı hadisələri ilə bağlı Şəki Ağır Cinayətlər Məhkəməsində, “NİDA”-çılarla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində və Yadigar Sadıqovun işi ilə bağlı Lənkəran şəhər rayon Məhkəməsində keçirilən hazırlıq prosesləri haqqında məlumat verilib.

Divanda “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə mənəvi, maddi və siyasi dəstək verilməsi məqsədi ilə abunə kampaniyasının başlanması zəruri sayılıb.

Partiyanın növbəti qurultayının keçirilməsi ilə bağlı müzakirələr aparılıb, yaxın günlərdə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin yığıncağının keçirilməsi razılaşdırılıb.

Yığıncaqda 17 noyabr Dirçəliş günü ilə əlaqədar Əbülfəz Elçibəyin abidəsinin ziyarət edilməsi və Müsavat Partiyasının qərargahında tədbir keçirilməsi haqqında qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR