Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 03 fevral 2014 06:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 31-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,74 dollar və ya 0,7% azalaraq 1 barelə görə 97,49 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 31-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,55 dollar və ya 1,4% azalaraq 106,40 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR