Kolumbiyada törədilmiş partlayış nəticəsində azı 8 nəfər ölüb

Kolumbiyada törədilmiş partlayış nəticəsində azı 8 nəfər ölüb
# 08 dekabr 2013 00:09 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın üsyançı İnqilabi Qüvvələrinin döyüşçüləri ölkənin İnza şəhərində avtomobildə quraşdırılmış bombanı işə salıblar, nəticədə azı 8 nəfər ölüb, onlarla insan yaralanıb.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, hücumun hədəfi hərbçi və polisin birgə postu olub, lakin ölənlərdən iki nəfərin dinc sakin olduğu bildirilir.

Hücum şəhərin mərkəzi bazarının açılmasından bir müddət əvvəl baş verib.

Qeyd edək ki, Kolumbiya hakimiyyəti 50 il davam edən münaqişəyə son qoymaq üçün son 2 ildə üsyançılarla danışıqları fəallaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR