Elşad İskəndərov: “Təəssüf ki, bəzi destruktiv qüvvələr Azərbaycanda dindarlarla cəmiyyət arasında uçurum yaratmağa çalışırlar”

Elşad İskəndərov: “Təəssüf ki, bəzi destruktiv qüvvələr Azərbaycanda dindarlarla cəmiyyət arasında uçurum yaratmağa çalışırlar”
# 22 avqust 2013 07:49 (UTC +04:00)

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov verib.


Qarşıdan gələn prezident seçkilərində dini qurum və təsisatların rolunu dəyərləndirən E. İskəndərov deyib ki, Azərbaycan dünyəvi dövlətdir: “Dini qurumların siyasi oyunlarda istifadə edilməsi həm etik, eyni zamanda qanuni baxımdan düzgün deyil. Digər tərəfdən, dini icmaların üzvləri də Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda son 10 ildə gedən modernləşmə və Azərbaycan xalqının rifahının artırılması dindarlarımıza da təsir edib. Onlar cəmiyyətin bir hissəsidir, onları ayırmaq, marginallaşdırmaq, bölmək, cəmiyyətlə onlar arasında uçşurum yaratmaq ümumiyyətlə qəbulolunmazdır. Əfsuslar olsun ki, bəzi destruktiv qüvvələr tərəfindən belə addımlar atılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR