“ASAN” xidməti Şəki və Oğuz rayonlarının sakinlərinə xidmətə başlayıb - YENİLƏNİB

“ASAN” xidməti Şəki və Oğuz rayonlarının sakinlərinə  xidmətə başlayıb - <span style="color: red;">YENİLƏNİB
# 19 oktyabr 2013 19:41 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. “ASAN” xidməti Şəki və Oğuz rayonlarının sakinlərinə xidmətə başlayıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, oktyabr ayının 19-dan etibarən noyabrın 2-dək Şəki və Oğuz rayonlarının ümumi sayı 215 000-dən çox olan sakini Səyyar “ASAN” xidmətdən Şəki şəhərində yararlana biləcəklər.

Səyyar şəkildə göstərilən xidmətlərə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi daxildir. Dövlət Agentliyinin beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərlinin APA-ya verdiyi məlumata görə, indiyədək Səyyar “ASAN Xidmət” dən 650 min nəfər yararlanıb. Bu çərçivədə 16 məntəqədə 28 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN” xidmət”in göstərilməsi planlaşdırılır.

Qeyd edək ki, Səyyar “ASAN” xidmət Şəki şəhərindən sonra şimal-qərb bölgəsinin daha bir iri yaşayış məntəqələrindən olan Zaqatalaya gedəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR