Evinə gələn qonağı döyərək öldürən şəxsə hökm oxunub

Evinə gələn qonağı döyərək öldürən şəxsə hökm oxunub
# 18 iyun 2014 14:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Bəndalı Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə B. Qarayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıtın Yeni Yaşma bağlar sahəsində şəhər sakini Bəndalı Qarayevə məxsus bağ evində həmyerlisi Siyavuş Nəbiyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən ev sahibi saxlanılıb və şəhər Prokurorluğuna təhvil verilib.

Müəyyən edilib ki, Siyavuş Nəbiyev Bəndalı Qarayevin evinə qonaq gəlib. Onlar mübahisə ediblər. Mübahisə zəminində Bəndalı Siyavuş Nəbiyevi döyərək öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR