Fidel Kastro Boliviya, Nikaraqua və Ekvador prezidentləri ilə görüşüb

Fidel Kastro Boliviya, Nikaraqua və Ekvador prezidentləri ilə görüşüb
# 31 yanvar 2014 01:47 (UTC +04:00)

Bakı-APA. Fidel Kastro prezidentlər Evo Morales (Boliviya), Daniel Orteqa (Nikaraqua) və Rafael Korrea (Ekvador) ilə “qardaşlıq görüşü” keçirib. APA-nın verdiyi xəbərə görə, Granma nəşrinin məlumatına əsasən, görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Məlumata görə, liderlər “kəskin yoxsulluğu, savadsızlığı, yaşayış üçün əlverişsiz şəraiti və bərabərsizliyi azaltmaq istiqamətində birgə çalışmağa razılığa gəliblər”.

Bundan başqa, onlar vəfat etmiş Venesuela prezidenti Uqo Çavesin xatirəsini anıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR