Azərbaycan “Eurovision 2014” mahnı müsabiqəsində səslərin hesablanmasının nəticəsindən narazı qalıb

Azərbaycan “Eurovision 2014” mahnı müsabiqəsində səslərin hesablanmasının nəticəsindən narazı qalıb
# 15 may 2014 08:26 (UTC +04:00)

Bakı - APA. Avropa Yayım Birliyi mayın 10-da Danimarkanın Kopenhagen şəhərində baş tutan “Eurovision”un finalında səsvermənin nəticələrini açıqlayıb.

Bu barədə APA-ya İTV-nin “Böyük səhnə” verilişinin PR meneceri Nərminə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, münsiflərin və tamaşaçıların verdiyi xalar ayrı-ayrılıqda göstərilib ki, bu da rəylərdə olan fərqi görməyə və yekun nəticələrin hesablanma məntiqini şübhə altına qoymağa imkan verir: “37 ölkənin hörmətli peşəkar münsifləri Azərbaycan təmsilçisini Dilarə Kazımovanı çox yüksək dəyərləndirib və onu 8-ci yerə layiq görüb, nəticədə isə o, 22-ci yeri tutdu. “Eurovision 2014”-də həqiqətdə nə baş verib? Dilarənin mahnısı «Start a Fire» müsabiqə başlamamışdan əvvəl jurnalistlər, fanlar və bukmeykerlər tərəfindən yaxşı qarşılanmışdı. Finala qədər Dilarə və onun kompozisiyası bukmeykerlərin proqnozlarına görə TOP-12-də, Eurovision saytlarına əsasən isə TOP-5-də yer alırdı. Finalda isə Azərbaycan son dərəcə uğursuz üçüncü nömrə altında çıxış edirdi və görünür ki, bu da səsverməyə öz təsirini göstərdi. 2013-cü ildən ifaçıların çıxış etmə nömrəsini yerli müsabiqə təşkilatçıları müəyyən edir, halbuki hələ Bakıda keçirilən “Eurovision” 2012-də təmsilçilər püşk atma ilə finaldakı çıxış nömrəsini və öz aqibətlərini müəyyən edirdilər. Münsiflər Dilarəni layiqli 8-ci yerdə qərarlaşdırdılar, lakin tamaşaçılar onu 21-ci yerə qoydular. Sonra isə inanılmaz bir şey baş verdi - münsiflərdən 8-ci, tamaşaçılardan isə 21-ci yerə layiq görülmüş Dilarə Kazımova nəyəsə görə 22-ci yerdə oldu. Bununla yanaşı, 21-ci yerdə Dilarə qədər xal toplayan İtaliya təmsilçisi qərarlaşıb”.

N.Məmmədova qeyd edib ki, Azərbaycan yeni sistemin tətbiqindən zərər görən yeganə dövlət deyil: “Polşa təmsilçiləri Donatan & Cleo Böyük Britaniya tamaşaçıları tərəfindən birinci yerə layiq görülmüşdü, münsiflər isə onu axırıncı yerdə gördülər. Nəticədə isə yeni qaydalara uyğun olaraq, Polşa Böyük Britaniyadan bircə xal da görmədi. Belə çıxır ki, tamaşaçıların rəyinə laqeyd yanaşıldı. Başqa bir anlaşmazlıq Norveçlə bağlı oldu. Bu ölkənin təmsilçisi tamaşaçıların səsverməsinə görə 17-ci yerdə, münsiflərin verdiyi xalara əsasən isə 9-cu yerdə, Dilarə Kazımovadan bir pillə aşağıda qərarlaşmışdı. Yekun cədvəldə o, 8-ci yerdə oldu”.

“Eurovision” finalında səsvermənin yekun cədvəli - TOP-10

Münsiflərin səsverməsi

Tamaşaçıların səsverməsi

Finalın yekun nəticəsi

1

Avstriya - 224 xal

Avstriya - 311 xal

Avstriya - 290 xal

2

Niderland - 203 xal

Niderland - 222 xal

Niderland - 238 xal

3

İsveç - 201 xal

Ermənistan - 193 xal

İsveç - 218 xal

4

Macarıstan - 138 xal

İsveç - 190 xal

Ermənistan - 174 xal

5

Ermənistan - 125 xal

Polşa - 162 xal

Macarıstan - 143 xal

6

Malta - 119 xal

Rusiya - 132 xal

Ukrayna - 113 xal

7

Finlandiya – 114 xal

İsveçrə - 114 xal

Rusiya - 89 xal

8

Azərbaycan - 108 xal

Ukrayna - 112 xal

Norveç - 88 xal

9

Norveç - 102 xal

Rumıniya - 103 xal

Danimarka - 74 xal

10

Danimarka - 85 xal

Macarıstan - 98 xal

İspaniya - 74 xal

Azərbaycan - 26 xal

Azərbaycan - 33 xal

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR