Qax rayonunun İlisu kəndində qayadan yıxılan şəxsin axtarışlarına başlanılıb - VİDEO

Qax rayonunun İlisu kəndində qayadan yıxılan şəxsin axtarışlarına başlanılıb - <span style="color: red;">VİDEO
# 19 yanvar 2014 09:44 (UTC +04:00)

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, yıxılan şəxsin ovçu olduğu bildirilir. Ehtimala görə, bu şəxs rayonun Ağçay kənd sakini Babayev Bədrəddin Novruz oğludur.

Qax rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, B. Babayev iki gün əvvəl evdən çıxıb və geri dönməyib.

Onun meyitinin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yüksək dağlıq ərazidə baş verdiyi üçün axtarışın aparılması üçün helikopterdən də istifadə edilir.

Hazırda axtarış davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR