Pakistanın Səudiyyə Ərəbistanına nüvə silahı satmaq niyyəti yoxdur

Pakistanın Səudiyyə Ərəbistanına nüvə silahı satmaq niyyəti yoxdur
# 08 noyabr 2013 02:57 (UTC +04:00)

Bakı-APA. Pakistanın Səudiyyə Ərəbistanına nüvə silahı satmaq niyyəti yoxdur . APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Məlumata görə, bu cür bəyanatla Pakistan XİN nümayəndələri çıxış edib.

Onların sözlərinə görə, qeyd olunan sövdələşmə barədə yayılan xəbərlər “spekulyativ və əsassızdır”.

Qeyd edək ki, bir qədər əvvəl mətbuatda Pakistanın istənilən vaxt Səudiyyə Ərəbistanına nüvə silahını ötürməyə hazır olduğu barədə xəbər yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR