Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha 4 elektron xidmət təqdim edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha 4 elektron xidmət təqdim edib
# 09 yanvar 2014 14:20 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) daha 4 elektron xidməti istifadəçilərə təqdim edib.

Bu barədə APA-ya SHÇDX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xidmətin internet saytı üzərindən hərbi xidmət keçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılmasına başlanır.

Bununla da SHXÇDX tərəfindən göstərilən elektron xidmətlərin sayı 5-ə çatıb.

Qeyd edək ki, çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi xidməti 2013-cü ildə istifadəyə verilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR