Azərbaycan Gənclər Fondunun icraçı direktoru Strasburqda səfərdədir

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Strasburqda səfərdədir
# 15 oktyabr 2013 08:03 (UTC +04:00)

Bakı – APA. Fransanın Strasburq şəhərində Gənclər Kartı vasitəsilə Gənclər Səfərbərliyi üçün Hissəvi Sazişin Koordinasiya Şurasının 32-ci Görüşü və Avropa Şurasının Gənclərlə iş Şurasının 29-cu Görüşü keçirilir.

Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gənclər Kartı vasitəsilə Gənclər Səfərbərliyi üçün Hissəvi Sazişin Koordinasiya Şurasının 32-ci Görüşü zamanı 26 yaşdan aşağı olan gənclərin maraqlarının Avropa səviyyəsində inkişaf etdirilməsi, gənc səfərbərlik layihələri və mədəniyyətlərarası təhsil layihələri müzakirə olunur.

Avropa Şurasının Gənclərlə iş Şurasının 29-cu Görüşü çərçivəsində 2013-cü ilin hesabatı təqdim olunub və Gənclərlə iş Şurası tərəfindən 2013-cü ilin fəaliyyətlərinin qiymətləndirilməsi aparılır.

Qeyd etmək istərdik ki, Azərbaycanın gənclər təşkilatları müntəzəm olaraq Avropa Şurasının bir sıra proqramlarında, gənclərlə bağlı tədbirlərində daim fəal iştirak edirlər.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Strasburqda oktyabrın 13-də başlayan və oktyabrın 16-dək davam edəcək görüşlərdə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR