Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana sisteminin təqdimat mərasimi keçirilib - FOTO

Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana sisteminin təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 28 noyabr 2013 10:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Noyabrın 28-də Muzey Mərkəzində Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana sisteminin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni sistemin oxucuların və kitabxana əməkdaşlarının istifadəsinə verilməsini Azərbaycan kitabxana işinin uğuru kimi qiymətləndirib.

Onun sözlərinə görə, indiyədək Azərbaycanda müxtəlif pərakəndə kitabxana sistemləri fəaliyyət göstərirdi ki, bu sistemlər arasında inteqrasiya və onlara müasir standartlara cavab verən yanaşma mövcud deyildi: “Biz böyük çətinliklərdən, zəhmətdən sonra bu sistemi ərsəyə gətirə bildik. Mütəxəssislər sistemin hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sisteminin təcrübələrindən faydalanıblar. Hesab edirəm ki, bu, bizim kitabxana sistemi üçün olduqca vacib və əhəmiyyətli bir işdir. Məqsədimiz Azərbaycanda kitabxana sisteminin inkişafını müasir standartlara uyğunlaşdırmaqdan ibarətdir”.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirib ki, yeni Azərbaycan kitabxana sisteminin inkişafı üçün görülən iş milli kitabxana sisteminin dünyanın qabaqcıl kitabxana sisteminə çevrilməsinə, dünya kitabxana sistemləri ilə inteqrasiyasına imkan yaradacaq: “Bu sistemə çoxdan ehtiyac var idi. Nəhayət, bu işi başa çatdıra bildik. Bütün dünya oxucuları bu sistemdən istifadə vasitəsi ilə Azərbaycan həqiqətlərindən xəbərdar olacaqlar. Biz vahid mərkəzdən istifadə etməklə dünya oxucusuna inteqrasiya edəcəyik. İnanıram ki, bu proqram daha da təkmilləşəcək, cilalanacaq”.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Ultra” şirkətinin İdarə Heyətinin üzvü Tahir Mirkişiyev və başqaları istifadəyə verilən yeni sisteminin kitabxana işi üçün yaradacağı əlverişli şəraitdən danışıblar. “Ultra” şirkətinin əməkdaşları ALİSA sisteminin üstünlükləri və iş imkanları haqqında məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR