Prezident İlham Əliyev Neftçala rayonunda səfərdə olub - YENİLƏNİB - VİDEO - FOTO

Prezident İlham Əliyev Neftçala rayonunda səfərdə olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 28 may 2014 13:30 (UTC +04:00)

APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Prezident İlham Əliyev Neftçalada Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyində Heydər Əliyevin müxtəlif dövrlərdə, o cümlədən Neftçala rayonuna səfərləri zamanı çəkilən fotoları nümayiş olunur.

Bundan başqa, muzeydə ümummilli lider Heydər Əliyev ilə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir.

Mərkəzdə elektron kitabxana, xalçaçılıq və toxuculuq, rəqs və xalq çalğı alətləri dərnəkləri fəaliyyət göstərəcək.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev Neftçala Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında da iştirak edib. Dövlət başçısı binada yaradılmış şəraitlə tanış olub.

Prezident İlham Əliyev Neftçala şəhərindəki Bayraq Meydanında yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına məlumat verilib ki, bayraq dirəyinin hündürlüyü 36 metrdir. Bu da qürur mənbəyimiz olan dövlət bayrağının şəhərin hər yerindən görünməsinə imkan verir.

Dövlət başçısı İlham Əliyev həmçinin Neftçala şəhərində yaradılan yeni bulvarla tanış olub. Bulvarda yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə sakinlərin yay istirahətinin təşkili üçün Kür sahilində görüləcək əlavə tədbirlər barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR