Urmiyada 11 nəfər edam edilib

Urmiyada 11 nəfər edam edilib
# 31 oktyabr 2013 11:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Qərbi Azərbaycan vilayətində 11 nəfər edam edilib. APA-nın AZOH-a istinadən məlumatına görə, onlardan ikisi qadın, doqquzu isə kişidir.

Onların nədə günahlandırılaraq dara çəkildikləri məlum deyil. Məhbuslardan yalnız 7 nəfərin ad və soyadı məlum olsa da, digərlərinin isimlərini dəqiqləşdirmək mümkün olmayın. Bunlar Kamil Səidi, Kamil Həbibi, Zəki Xani, Məhəmməd Kurəci, Müseyib Səadəti, Vəli Məhəmmədzadə və Yədullah Mahmudidir.

Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra oktyabrın 29-da səhər saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR