Böyük Britaniyanın ticarət missiyası gələn ay Azərbaycana gələcək

Böyük Britaniyanın ticarət missiyası gələn ay Azərbaycana gələcək
# 04 oktyabr 2013 14:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 10-14-də Böyük Britaniyanın Orta Asiya Assosiasiyasının ticarət missiyası Azərbaycana səfər edəcək.

Missiyadan «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın dövlət qurumları, iri şirkətləri və əsas bankları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.


Missiya bank və maliyyə, nəqliyyat, tikinti, təhsil, aqrar, turizm, neft və qaz sektorlarını əhatə edir və Böyük Britaniya investorları üçün həmin sahələrdə mövcud olan vəziyyəti araşdırır.

Qeyd edək ki, missiya Azərbaycan şirkətləri üçün Böyük Britaniyada potensial tərəfdaşların tapılmasına dəstək olacaq.

Missiyanın məlumatında deyilir ki, hazırda Azərbaycan milli iqtisadiyyatı diversifikasiya etməyə çalışır və proqnozlara əsasən, 2013-2017-ci illərdə orta illik iqtisadi artım 4,3% təşkil edəcək. Həmçinin bildirilir ki, ölkə hökuməti emal sektorunu uzunmüddətli inkişafın əsası kimi qiymətləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR