Mədəniyyət və Turizm Nazirliyi "Odlar yurdu" foto müsabiqəsini elan edib

Mədəniyyət və Turizm Nazirliyi "Odlar yurdu" foto müsabiqəsini elan edib
# 02 oktyabr 2013 12:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Mədəniyyət və Turizm Nazirliyi I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində "Odlar yurdu" foto müsabiqəsini elan edir.

Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqəyə Azərbaycanın təbiət mənzərələrini, adət-ənənələrini, tarixi abidələrini əks etdirən fotolar qəbul olunur. Foto müsabiqənin keçirilməsində məqsəd tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməkdir.

Müsabiqəyə fotolar oktyabrın 30-dək qəbul olunur. Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər. Qalibləri beynəlxalq münsiflər heyəti müəyyən edəcək. Ən yaxşı işlər noyabrın 20-24-də Nizami Kino Mərkəzində sərgilənəcək. Qaliblər festivalın təntənəli bağlanış mərasimində mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR