Azərbaycan dövlət başçısı Koreya prezidentinə təbrik məktubu göndərib

Azərbaycan dövlət başçısı Koreya prezidentinə təbrik məktubu göndərib
# 02 oktyabr 2013 16:03 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti, xanım Pak Kın Heyə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deylir: “Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

Son illərdə ikitərəfli əlaqələrimiz dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, eləcə də bir sıra sahələrdə müvəffəqiyyətlə davam edən qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda addımlarımız bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkr.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR