«Unibank» müəllimlər üçün kredit kampaniyası keçirir

«Unibank» müəllimlər üçün kredit kampaniyası keçirir
# 01 oktyabr 2013 09:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 5-də Azərbaycanın hər bir təhsil işçisi heç bir komissiya haqqı ödəmədən «Unibank» ASC-dən kredit götürə biləcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, müəllimlər həmçinin bank filiallarından 3% endirimlə, maksimum 7 500 manatadək və 48 ay müddətinədək kredit götürə biləcəklər. Üstəlik hər bir müştəriyə balansında minimum 300 manat olan üzvlük kartı hədiyyə edilir.

Müəllimlər bayramı münasibəti ilə «Unibank» filiallarının iş rejimi də uzadılıb. Belə ki, oktyabrın 5-i şənbə günü təhsil işçiləri ilə yanaşı bütün müştərilər səhər saat 09:00-dan axşam saat 20:00-dək bank filiallarına kredit üçün müraciət edə biləcəklər.

Qeyd edək ki, «Unibank» 32 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR