Ukrayna millətçiləri həbs olunan silahdaşlarının azad olunmasını tələb edirlər

Ukrayna millətçiləri həbs olunan silahdaşlarının azad olunmasını tələb edirlər
# 28 noyabr 2013 15:45 (UTC +04:00)

Bakı – APA. Bu gün millətçi “Svoboda” partiyasının fəalları Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında piket keçiriblər.

APA-nın UNİAN informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, piketçilər noyabrın 24-də Hökumət evinin qarşısında iğtişaşlarla əlaqədar həbs edilən iki silahdaşlarının azad olunmasını tələb ediblər.

“Svoboda” partiyasının Ukrayna parlamentindəki təmsilçiləri Aleksey Kayda və Andrey İlyenko daxili işlər nazirinin müavini Viktor Ratyuşnyakla görüşüblər. Deputatlar görüşün yekunlarından danışaraq, DİN rəhbərliyinin milisi təxribata çəkməmək çağırışını səsləndiriblər. Deputatların Ukraynanın Baş prokuroru Viktor Pşonka ilə də görüşü planlaşdırılır.

Xatırladaq ki, hökumətin Avropa Birliyi ilə assosiativ razılaşma imzalanmasına hazırlığın dayandırılması qərarına qarşı ötən bazar günü Kiyevin mərkəzində çoxminli aksiya keçirilib. Tədbirdən sonra bir neçə min insan Nazirlər Kabinetinin önünə toplaşaraq hökumət üzvlərinin istefasını tələb edib. Binanı mühafizə edənlərə bir neçə tüstü şaşkası atılıb. Aksiya iştirakçıları və milis arasında toqquşma olub, gözyaşardıcı qazdan istifadə edilib.

Məhkəmənin qərarı ilə Nazirlər Kabinetinin qarşısındakı hadisələrlə bağlı iki “Svoboda” partiyasının fəalları həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR