Gəncədə 14 yaşlı qız itkin düşüb

Gəncədə 14 yaşlı qız itkin düşüb
# 07 oktyabr 2013 12:01 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 14 yaşlı qız evdən çıxıb bir daha geri qayıtmayıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini 33 yaşlı Aynurə Cəfərova polisə müraciət edərək bildirib ki, qızı 14 yaşlı Rəksanə Cəfərova oktyabrın 3-də xəbərsiz evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR