Ermənistanın iqtisadiyyat naziri: İrəvan Gömrük İttifaqına üzv olmağın bütün risklərini hələlik hesablamayıb

Ermənistanın iqtisadiyyat naziri: İrəvan Gömrük İttifaqına üzv olmağın bütün risklərini hələlik hesablamayıb
# 28 noyabr 2013 22:52 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaqram Avanesyan Vilnüsdə “Şərq Tərəfdaşlığı”nın biznes-forumunda çıxışı zamanı bəyan edib.

Qeyd edək ki, Ermənistan XİN bir müddət əvvəl yaydığı bəyanatda qeyd olunub ki, İrəvan 2014-cü ilin fevralınadək Gömrük İttifaqına qoşulmaq barədə sazişi imzalamağa tam hazır olacaq.

“Hətta bir ixrac bazarının itirilməsi Ermənistanda çox ciddi fəsadlara səbəb olacaq. Biz deyə bilmərik ki, Gömrük İttifaqına üzv olmağın bütün risklərini hesablamışıq. Bu həmçinin Avropa Birliyi ilə azad ticarət haqqında sazişə də aiddir. Zənnimcə, bu çox mürəkkəb hesablamalardır. Bizim üçün çox yaxşı olardı ki, həm Rusiya, həm AB, həm də başqaları ilə sərhədlərimiz açıq qalsın”, deyə nazir bildirib.

Qeyd edək ki, Avropa Birliyinin rəsmi şəxsləri bir müddət əvvəl yaydıqları bəyanatlarında bir ölkənin eyni zamanda Gömrük İttifaqına və Avropa Birliyi ilə azad ticarət zonasına üzv olmasının mümkünsüz olduğunu qeyd ediblər. Onlar bunu eyni zamanda müxtəlif gömrük rüsumlarının olmasının mümkünsüzlüyü ilə izah ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR