Con Kerri: 40-dan çox ölkə ABŞ-ın Suriya ilə bağlı mövqeyini dəstəkləyir

Con Kerri: 40-dan çox ölkə ABŞ-ın Suriya ilə bağlı mövqeyini dəstəkləyir
# 04 sentyabr 2013 01:25 (UTC +04:00)

Bakı-APA. Suriyada kimyəvi silahın istifadəsinə cavab tədbirlərinin zəruriliyi ilə bağlı ABŞ-ın mövqeyini 40-dan çox ölkə dəstəkləyir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Senatda dinləmələr zamanı ABŞ-ın dövlət katibi Con Kerri deyib.

“Suriya ilə bağlı qərarımızı 44 ölkə dəstəkləyib”, deyə Kerri bildirib.

Onun sözlərinə görə, burada söhbət birgə addımlarda iştirakın müxtəlif variantlarından gedir.

“Burada bir sıra məqsədlər üçün yalnız ABŞ-ın malik olduğu imkanlar gərəkdir”, deyə dövlət katibi qeyd edib.

Qeyd edək ki, ABŞ-ın əsas müttəfiqi olan Böyük Britaniya parlamentdə keçirilmiş səsvermədən sonra hərbi əməliyyatlarda iştirakdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR