Bu il Azərbaycanda 15 mindən artıq qaz abunəçisinə «qüsur aktı» tərtib edilib

Bu il Azərbaycanda 15 mindən artıq qaz abunəçisinə «qüsur aktı» tərtib edilib
# 19 iyul 2013 15:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva. APA-Economics. ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi 2013-cü ilin yanvar-iyun ayları ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə ümumilikdə 15 077 istehlakçıdan 6 802 əhali və 350 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq «qüsur aktı» tərtib edib.

Şirkətin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, o vaxta qədər təbii qazdan qeydiyyatsız istifadə edən 7 925 istehlakçı isə abonent bazasında qeydiyyata alınıb.

Qeyd edək ki, tərtib olunmuş «qüsur aktları» əsasında itirilmiş təbii qazın bərpası üzrə 3,1 mln. manat dəyərində dəymiş ziyan hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR