Bu ay Bakıda 25 nəfər özünə qəsd edib, onlardan 6-sı ölüb

Bu ay Bakıda 25 nəfər özünə qəsd edib, onlardan 6-sı ölüb
# 30 yanvar 2014 13:35 (UTC +04:00)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, yanvar ayı ərzində 25 özünə qəsd hadisəsi baş verib.

Onun sözlərinə görə, özünə qəsd edənlərdən 6-nın həyatını xilas etmək mümkün olmayıb: “Yanvar ayı ərzində 6 nəfər - 4 qadın, 2 kişi özünü asıb. Hadisələrin hamısı ölümlə nəticələnib. 1 nəfər özünü bıçaqlayıb, o, xəstəxanaya çatdırılıb. 1 qadın özünü dənizə atıb, onu xilas etmək mümkün olub. 17 nəfər isə özünü zəhərləyib. Bunlardan 2-si sirkə turşusu, 15 nəfər isə dərmanla zəhərlənmədir. Onların arasında ölən yoxdur, hamısı xəstəxanaya yerləşdirilib”.

Z. Vahidova qeyd edib ki, özünə qəsdlərin səbəbi onlara məlum deyil: “Bunun səbəbi bizə məlum deyil. Bizim borcumuz xəstəyə ilk yardım etmək, xəstəxanaya çatdırmaq, ölüm olduğu halda, bu barədə polisə məlumat verməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR