“Açıq hökumətin təşviqi” Koalisiyası Lerikdə ictimai dinləmə keçirib - FOTO

“Açıq hökumətin təşviqi” Koalisiyası Lerikdə ictimai dinləmə keçirib - <span style="color: red;">FOTO
# 07 sentyabr 2013 16:38 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. “Konstitusiya” Araşdırmalar Fondu və bir sıra qeyri-hökumət təşkilatlarını birləşdirən “Açıq hökumətin təşviqi” Koalisiyası sentyabrın 7-də Lerik şəhərində “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib.

APA-nın Cənub bürosunun məlumatına görə, yerli qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri nümayəndələrinin, bələdiyyə üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri və Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində baş tutan tədbiri giriş sözü ilə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova açıb.

Daha sonra “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, layihə rəhbəri Əliməmməd Nuriyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, əsası ABŞ və Braziliya hökumətləri tərəfindən qoyulan Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü hökumətin vətəndaşlara, ümumilikdə cəmiyyətə açıq olmasını nəzərdə tutur. Bu açıqlıq özünü büdcə və maliyyə vəsaitləri üzərində nəzarət, qərarların hazırlanması və icrasında vətəndaş iştirakçılığının, eləcə də informasiyanın açıqlığının təmin edilməsi, yeni texnologiyaların dövlət orqanlarının fəaliyyətində tətbiqi istiqamətində göstərməlidir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” 9 istiqamət üzrə 39 pozisiyada tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Həmin sərəncamın 6-cı hissəsində tövsiyə olunub ki, Fəaliyyət Planlarının həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunsun. Milli Fəaliyyət Planın icrası, elektron hökumətin yaradılması, əhaliyə elektron xidmətlərin göstərilməsi, vətəndaşların dövlət orqanlarının fəaliyyətində daha yaxından iştiraka cəlb edilməsi, ictimai nəzarətin genişləndirilməsi, “ASAN xidmət” Mərkəzlərinin fəaliyyəti barədə iştirakçılara məlumat verən Ə.Nuriyev bu tədbirlərin daha çox səmərə verməsində vətəndaşların təşəbbüskarlığının əhəmiyyətini önə çəkib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR