Brent markalı neft yenidən ucuzlaşıb

 Brent markalı neft yenidən ucuzlaşıb
# 29 noyabr 2013 06:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 28-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,39 dollar və ya 0,4% azalaraq 110,93 dollar olub. «APA-Economics»in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında Şükranlıq Günü ilə əlaqədar noyabrın 28-də əməliyyat aparılmayıb.

Qeyd edək ki, noyabrın 27-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,38 dollar və ya 1,5% azalaraq 1 barelə görə 92,30 dollar təşkil edib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR