Araz Abdullayev millidən kənarlaşdırılıb

Araz Abdullayev millidən kənarlaşdırılıb
# 07 may 2014 12:06 (UTC +04:00)

Bakı – APA. Mayın 27-də ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Araz Abdullayev zədəli olduğu üçün heyətdən çıxarılıb.

Adı ehtiyat oyunçular siyahısında olan Ufuk Budak və Pərdis Fərcad-Azad isə heyətə dəvət edilib. Onlar San Fransisko şəhərindəki görüşə yollanacaq futbolçulara qoşulacaq.

Qeyd edək ki, yığmamız mayın 20-dən 28-dək ABŞ-da olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR