Bakıda "Yerli demokratiya və gənclər" mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda "Yerli demokratiya və gənclər" mövzusunda beynəlxalq konfrans keçirilib
# 18 iyun 2014 16:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün "Yerli demokratiya və gənclər" mövzusunda beynəlxalq konfrans keçirilib. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, konfransda Böyük Britaniya, Avstriya, İsveç, Belçika, Rusiya və Ukraynanın regional qanunverici və yerli özünüidarə orqanlarının rəhbərləri və yüksək ixtisaslı mütəxəssisləri, Ədliyyə Nazirliyinin rəhbərliyi, Milli Məclisin, Prezident Administrasiyasının, müxtəlif dövlət orqanlarının məsul şəxsləri, bələdiyyə assosiasiyalarının sədrləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, gənclər təşkilatlarının nümayəndələri, gənc bələdiyyə sədrləri və üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov Azərbaycan gəncliyinin inkişafına yönələn qanunvericilik və institusional tədbirləri qeyd edib.

Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Herviq Van Staa təmsil etdiyi qurumun builki prioritetlərindən birinin məhz gənclər siyasəti ilə bağlı olduğunu vurğulayıb.

Açılışda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Prezident Administrasiyası Regional və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Bələdiyyələrlə iş sektorunun müdiri Kamran Bayramov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova giriş nitqi ilə çıxış ediblər.

Sonra konfransda "Fundamental sosial hüquqlara gənclərin çıxış imkanlarının yaxşılaşdırılması: təhsil və təlim - məşğulluq - səhiyyə - yaşayış" və "İctimai həyatda gənclərin iştirakı: demokratiyaya gənclərin cəlb olunması" mövzusunda müzakirələr keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR