Təhsil Nazirliyi: Abituriyentlərin qəbul imtahanlarında aşağı bal toplamasının səbəbləri araşdırılmalıdır

Təhsil Nazirliyi: Abituriyentlərin qəbul imtahanlarında aşağı bal toplamasının səbəbləri araşdırılmalıdır
# 27 iyul 2013 09:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərin aşağı nəticə göstərməsi ilə bağlı məsələyə aydınlıq gətirib. APA-nın xəbərinə görə, nazirliyin rəsmi Faceboook səhifəsində vətəndaşların sualları cavablandırılarkən qeyd olunub ki, qəbul imtahanlarında sualların çətin olub-olmadığını indidən söyləmək düzgün olmaz: “Ancaq abituriyentlərin aşağı bal yığması daha narahatlıq doğuran haldır və bunun səbəbləri araşdırılıb təhlil olunmalıdır”.

Nazirlik şagirdlərin yerdəyişməsi ilə bağlı sualı da cavablandırıb. Qeyd edilib ki, bu proses nazirlik tərəfindən təsdiq olunmuş qaydalarla tənzimlənir. Həmin qaydalara görə, yerli məktəblərdə oxuyan I-XI sinif şagirdlərinin məcburi köçkün məktəblərinə yerdəyişməsi, bəzi istisnalar nəzərə alınmaqla qadağandır: “Yerdəyişmə ilə əlaqədar əksər müraciətlər Təhsil Nazirliyinə ünvanlanır və burada baxılıb cavablandırılır. Məcburi köçkün məktəbinin direktoru yerli məktəbdə oxuyan uşağı müstəqil olaraq qəbul edə bilməz. Belə hallar aşkar edildikdə intizam tənbehi tətbiq olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR