Beynəlxalq seminarın iştirakçıları Mərkəzi Seçki Komissiyasında olublar

Beynəlxalq seminarın iştirakçıları Mərkəzi Seçki Komissiyasında olublar
# 17 dekabr 2013 12:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclis və MDB ölkələri Parlamentlərarası Assambleyası (PAA) tərəfindən təşkil edilmiş “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda beynəlxalq seminarın iştirakçıları Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər. MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Məzahir Pənahov Azərbaycanda seçicilərin iradəsini yüksək səviyyədə reallaşdırmağa imkan verən mükəmməl qanunverici bazanın olduğunu söyləyib.

MDB PA Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycanın son 10 ildə seçki praktikasının təkmilləşdirilməsi sahəsində başqa ölkələrə nümunə ola biləcək nailiyyətlərə imza atdığını, həm qanunvericilik, həm praktik nöqteyi-nəzərdən Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsinin vacib olduğunu bildirib.

Görüşdə iştirak edən digər seminar iştirakçıları da Azərbaycanın seçki sahəsində qazandığı təcrübənin digər MDB ölkələrində yayılmasının vacib olduğunu qeyd ediblər. Görüşdən sonra Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində son prezident seçkilərində tətbiq olunmuş informasiya-kommunikasiya yeniliklərini özündə əks etdirən təqdimat keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR