Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərinə yeni avtomobillər təqdim olunub

Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərinə yeni avtomobillər təqdim olunub
# 18 fevral 2014 12:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Vergilər Nazirliyinin inzibati binasının qarşısında vergi ödəyicilərinə xidmət mərkəzlərinin nümayəndələrinə xüsusi nəqliyyat vasitələrinin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, bu avtomobillər vergi orqanları tərəfindən göstərilən xidmətlərin istehlakçılara daha da yaxınlaşdırılması, onların insanlar üçün daha rahat və əlçatan olmasının təmin edilməsi, xidmət tədbirlərinin vergi orqanlarının nəzarət dairəsinə aid olan bütün rayonları, qəsəbə və kəndləri əhatə etməsi, vergi təbliğatının ünvanlı şəkildə aparılması məqsədilə alınıb.

Vergilər Nazirliyinin aldığı 50 ədəd «Fiat Doblo» markalı avtomobillərdən bilavasitə vergi ödəyicilərinə xidmətlərin göstərilməsi sahəsində, o cümlədən Vergilər Nazirliyi təmsil olunan sərgilərdə, vergi ödəyiciləri və bələdiyyələrlə keçirilən müxtəlif görüşlərdə, «vergi xidməti günlərində», məktəblərdə şagird və tələbələrlə, keçirilən müxtəlif tədbirlərdə və görüşlərdə istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR