Ramiz Əzizbəyli bu həftə ərzində palataya köçürüləcək - FOTO

Ramiz Əzizbəyli bu həftə ərzində palataya köçürüləcək - <span style="color: red;">FOTO
# 24 fevral 2014 10:58 (UTC +04:00)

Ramiz müəllim hazırda Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında müalicə alır. Fevralın 21-dən klinikanın reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib, həkimlərin dediyinə görə bu həftə ərzində palataya köçürüləcək”.

Bunu APA-ya açıqlamasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

R. Əzizbəylinin həkimi, uzman-nevroloq Nərgiz Ağayevanın APA-ya verdiyi məlumata görə, xalq artisti beyin insultu diaqnozu ilə klinikaya yerləşdirilib: “Xəstə altı ay öncə də eyni diaqnozla müalicə edilib. Hazırda müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Sağ tərəfində ağır gücsüzlük var, hazırda müalicə ilə bunun qarşısını almağa çalışırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR